Accessibility links

ABŞ prezidenti Corc Buş Bəhreyndədir


ABŞ prezidenti Corc Buş bu gün ikinci körfəz ölkəsi Bəhreynə çatıb. Onun Bəhreyn kralı Hamad ibn İsa Əl-Xəlifə ilə görüşəcəyi gözlənilir. Corc Buş həmçinin ABŞ Dəniz qüvvələrinin beşinci donanmasına baş çəkəcək ilk prezident olacaq. Cənab Buş daha əvvəl ABŞ-ın Küveytdəki hərbi bazası "Kamp African"da Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin komandiri general Deyvid Petreus və Bağdaddakı səfir Ryan Krokerlə görüşündən sonra danışıb. ABŞ prezidenti bir il əvvəl İraqa əlavə qüvvələrin göndərilməsinin ölkədə zorakılıqların səviyyəsini kifayət qədər azaltdığını deyib. Onun sözlərinə görə, ümidlər Bağdada qayıdır.
XS
SM
MD
LG