Accessibility links

Güclü qar Əfqanıstanı iflic vəziyyətinə salıb


Əfqanıstanın bəzi hissələrində güclü qar yağması onlarla insanın ölməsi və ya itkin düşməsi ilə nəticələnib. Qərb vilayəti olan Herat rəsmilərinin sözlərinə görə, son iki gün ərzində Qorian məhəlləsində ən azı 43 nəfər həlak olub. Güclü qar uçqunlara, bir çox insanın xariclə əlaqələrin kəsilməsinə səbəb olub. Pis hava şəraiti həmçinin yolları yararsız hala gətirib. Bu isə böyük ehtiyac duyulan ərzaq və ölkənin bəzi hissələrinə təchizatlar çatdırılmasının qarşısını alıb. Əfqanıstan taxılın yüksək qiyməti və yaraqlıların BMT konvoylarına hücumu səbəbilə ərzaq çatışmazlığı ilə üzləşir.
XS
SM
MD
LG