Accessibility links

Qazaxıstanda partlamış şaxtanın içərisində 2 gündür yanğın sönmür


Qazaxıstan rəsmiləri cümə günü kömür şaxtasının partlaması nəticəsində itkin düşən 23 nəfərin axtarışını təxirə saldıqlarını bildirib. Fövqəladə hallar naziri Vladimir Bojka jurnalistlərə deyib ki, itkin düşənlərin sağ qalmasına ümid yoxdur. O, şaxtanın sabah bağlanacağını bildirib. Cənab Bojka qeyd edib ki, ölənlərin çıxarılması üçün xilasedicilər şaxtanın içərisindəki yanğının sönməsini gözləyəcək. Ölkənin baş nazirinin müavini Umirzak Şukeyev jurnalistlərə açıqlaması zamanı axtarışların təhlükəli vəziyyət səbəbilə dayandırıldığını deyib. Cümə günü Qazaxıstanın Karaqanda regionunda Abay şaxtasının partlaması nəticəsində 7 nəfər həlak olub, 14 nəfər xəstəxanaya yerləşdirilib, 23 şaxtaçı isə itkin düşüb.
XS
SM
MD
LG