Accessibility links

ABŞ prezidenti Səudiyyə Ərəbistanındadır


ABŞ prezidenti Corc Buş İsrail-Fəlsətin sülh danışıqlarına dəstək və İrana qarşı müqavimətdə birlik əldə edilməsi məqsədi ilə Səudiyyə Ərəbistanındadır. Prezidenti Riyad hava limanında kral Abdulla qarşılayıb. Liderlər müxbirlərə şərh verməyiblər. İki günlük səfəri çərçivəsində prezident Buş kralla Yaxın Şərq səfərini və silah satışı məsələsini müzakirə edəcək. Səudiyyə ərəbistanına Dubaydan gedən prezident neft sənayesi və bankçılıqla tanışlıq, habelə ərəb tələbələrlə görüş keçirib. Dubay hökuməti prezidentin şərəfinə bu gün milli bayram elan edib. Yollar və əsas körpülər təhlükəsizlik məqsədi ilə bağlanıb. Prezident Dubayın sabiq hökmdarı şeyx Səid Əl-Maktumun hazırda mədəniyyət mərkəzi olan sarayını ziyarət, tələbələrlə nahar yeməyində iştirak edib. Dubay prezident Buşun Birləşmiş Ərəb Əmirliklərinə səfərinin ikinci dayanacağı olub. Dünən prezident Abu Dabidə körfəz ölkələrini dünyanın terroru dəstəkləyən aparacı ölkələrdən biri olan İrana qarşı müqavimətə qoşulmağa çağırıb.

XS
SM
MD
LG