Accessibility links

Türkmənistandan İrana təbii qazın nəqli dayandırılıb


Türkmənistandan İrana təbii qazın nəqli İranın borclarını ödəmədiyinə görə dayandırılmış olaraq qalır. Türkmənistanın Xarici İşlər Naziriliyinin bildirdiyinə görə, İranın qazla təminatı yanvar ayının birindən 200 km-lik borunun təmirinə görə dayandırılıb. Türkmənistan hökuməti Tehranın qaz borclarını ödəmədiyinə görə, təmir işlərinin yubadıldığını bildirir. Türkmənistan borcun məbləği və qazın nəqlinin nə zaman bərpa ediləcəyinə dair açıqlama verməyib. İran mətbuatı Türkmənistanın təbbi qazın qiymətini qaldırdığını yazır.

XS
SM
MD
LG