Accessibility links

Prezident Buş dünya bazarlarına daha artıq neft çıxarılmasına çağırıb


ABŞ prezidenti Corc Buş neft istehsal edən ölkələri birliyi olan OPEK-i enerji qiymətlərinin aşağı salınamsı üçün dünya bazarlarına daha artıq neft çıxarılmasına çağırıb. Bu gün Səudiyyə Ərəbistanında müxbirlərlə görüşən prezident neft qiymətlərinin artmasının Amerika istehlakçılarına ziyan vurduğu və ABŞ iqtisdiyyatının yavaşımasına səbəb olduğunu bildirib. Corc Buş deyib ki, Səudiyyə karalı Abdulla ilə bu gün danışqılarının ikinci raundu neft qymətləri müzakirə ediləcək. Liderlər kralın Riyad yaxınlığındakı atçılıq fermasında görüşür. Səudiyyə Ərəbistanının neft naziri Əli Naimi bu gün bildirib ki, krallıq dünya bazarlarında vəziyyətin yol verdiyi təqdirdə neft istehsalını artıra bilər.

XS
SM
MD
LG