Accessibility links

Angela Merkel:"İrana qarşı təzyiqlər davam etdirilməlidir"


Almaniya kansleri Angela Merkel ABŞ-ın İranın nüvə fəaliyyətlərini 2003-cü ildə dayandırıldığı deyilən son kəşfiyyat hesabatına baxmayaraq, İrana qarşı uran zənginləşdirilməsinin dayandırılmasına dair təzyiqlər davam etdirilməlidir. İrana qarşı yeni sanksiyalarla bağlı danışıqların səngidiyini deyən xanım Merkel bildirib ki, İran bununla hər şeyə aydınlıq gətirildiyini düşünməməlidir. Qeyd edək ki, gələn həftə Berlində İrana qarşı mümkün sanksiyalara dair danışıqlar keçiriləcək. Görüşdə Almaniya və BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü- ABŞ, Britaniya, Rusiya, Fransa və Çin iştirak edəcək.

XS
SM
MD
LG