Accessibility links

Miçiqan ilkin seçkilərdə səs verir


Miçiqan ştatının seçiciləri bu gün ABŞ prezident seçkilərində ilkin seçkilərində səs verirlər. Bu seçkilər respublikaçılar partiyasından aparıcı namizədlər Mit Romni və Con Makeyn üçün əsas mübarizə meydanı hesab olunur. Rəy sorğuları göstərir ki, Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni və 2000-ci ildə Miçiqanda ilki seçkilərdə qələbə çalmış Arizona ştatından senator Con Makkeyn arasında fərq çox azdır. Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabi üçüncü yerdə gəlir. Namizədlər dünən ştat boyu kampaniya apararaq, seçiciləri Miçiqanı iqtisadi tənəzzüldən dirçəldə biləcəyinə əmin etməyə çalışıblar. Miçiqan ştatında anadan olub, atası 1960-cı illərdə orada qubernatoru olmuş Mit Romni seçicilərə ştatla bağlılığını da xatırladıb.
XS
SM
MD
LG