Accessibility links

Gürcüstan müxalifəti yenidən küçələrə çıxıb


Gürcüstan paytaxtı Tbilisidə on minlərlə müxalifət tərəfdarı yenidən küçələrə çıxaraq, prezident seçkilərinin ikinci raundunun keçirilməsini tələb edirlər. Yanvarın 5-də keçirilən prezident seçkiləri zamanı Mixail Saakaşvilidən sonra ikinci yerdə olan müxalifət lideri Levan Qaçeçiladze nümayişçilərə deyib ki, seçkilərin ikinci turunun keçirilməsində heç bir kompromisə gedilməməlidir. Müxalifət deyib ki, cənab Saakaşvilinin 53% səs toplamasını göstərən seçkilərin nəticələrini araşdırmaq üçün məhkəməyə müraciət edəcək. Nümayişçilər dövlət televiziyasında onların çıxışlarına dava çox efir verilməsini qələbə kimi qeyd ediblər.
XS
SM
MD
LG