Accessibility links

Qərb Sahilindəki İslami Cihad yaraqlı qrupunun lideri öldürülüb


Fələstinin tibb işçilərinin bildirdiyinə görə, bu gün Qəzza şəhəri yaxınlığında İsrail hava qüvvələrinin hücumu bir yeniyetmə də daxil edilməklə, azı 3 fələstinlinin ölümü ilə nəticələnib. Şahidlər təyyarənin yolla gedən maşını hədəf aldığını deyirlər.

Digər bir xəbərdə isə İsrail hərbi qüvvələrinin İordan Çayının Qərb Sahilində keçirdikləri reyd zamanı axtarışda olan İslami Cihad yaraqlı qrupunun lideri Valid Obeidin öldürüldüyü, digər iki nəfərin həbs edildiyi bildirilir. İslami Cihadın bildirdiyinə görə, Qərb Sahilinin lideri Obeidi Jenin yaxınlığında, İsrail qüvvələri ilə atışma zamanı öldürülüb. İsrail qüvvələri fələstinli yaraqlıları ələ keçirmək üçün İordan Çayının Qərb Sahilində və Qəzzada əməliyyatlarını davam etdirir.

Dünən BMT-nin Yaxın Şərq sülh prosesi üzrə koordinatoru bütün partiyaları Qəzza Zolağının nəzarətini əlində saxlayan Həmasın fəaliyyətlərini dayandırmağa çağırıb.

XS
SM
MD
LG