Accessibility links

Prezident Buşun Yaxın Şərq səfəri başa çatdı


ABŞ prezidenti Corc Buş ərəb müttəfiqlərini İsrail-Fələstin sülh səyləri və İrana müqavimətə çağırdığı Yaxın Şərqə 8 günlük səfərini başa vuraraq, Vaşınqtona qayıdır.

Qırmızı Dənizin kurort şəhəri Şərm Əl-Şeyxdə Misir prezidenti Hüsnü Mübarəklə görüşü zamanı cənab Buş deyib ki, İsraillə Fələstin arasında sülhə nail olunması mümkündür, lakin bu, ərəb liderlərinin köməyi olmadan baş verə bilməz.

Prezident Mübarək də öz növbəsində prezident Buşun İsraillə Fələstin arasında sülh razılığının bu il əldə olunması səylərini dəstəklədiyini deyib. Misir İsraili tanıyan iki ərəb dövlətindən biridir.

ABŞ prezidenti eləcə də Livan hökumətini dəstəklədiyinə görə Misir hökumətinə təşəkkürünü bildirmiş və demişdir ki, Suriya və İran Livan siyasətçilərinin işlərinə müdaxilə etməyə son qoymalıdır. Cənab Buş Misrin demokratiya yolunda daha çox işlər görəcəyinə ümid etdiyini demişdir.

XS
SM
MD
LG