Accessibility links

Yaraqlılar Pakistanın Əfqanıstanla sərhəddindəki hərbi postu ələ keçirmişlər


Pakistan hərbi qüvvələrinin məlumatına görə, Cənubi Vəziristanda Əl-Qaidə ilə əlaqəsi olan yaraqlı qrup hərbi postu ələ keçirib. Qarşıdurma zamanı 20-dən çox əsgərin oğurlandığı bildirilir. Hərbi sözçü, General Əthar Abbas üç yüzə qədər İslamçı yaraqlının Əfqanıstanla sərhəddə yerləşən ucqar Sararoqa postuna raket və kiçik silahlarla hücum etdiyini deyir. Qarşıdurma zamanı 7 əsgər və 40-dan çox yaraqlının öldürüldüyü bildirilir, hərbçilərin itkiləri ilə bağlı isə dəqiq məlumat verilmir.

Qeyd edək ki, oktyabr ayında turist regionu olan Svat Vadisində hərbi qüvvələr və polis işçilərinin oğurlanmasından sonra buna oxşar hadisə ilk dəfədir ki, Sararoqada baş vermişdir. Yerli rəsmilər deyirlər ki, ərazi Əl-Qaidə ilə əlaqəsi olan lider Baytulla Məsudun ciddi nəzarəti altındadır.

XS
SM
MD
LG