Accessibility links

Aşura günü səbəbilə İraqda qadağan saatı elan olunub


Bağdad, Diyala və İraqın cənubundakı 10 digər vilayətdə şiələrin Aşura günü münasibətilə qadağan saatı tətbiq olunub. Əvvəl yaraqlıların hədəfi olmuş 10 günlük bu mərasimə bir neçə milyon zəvvarın qatılacağı gözlənilir. Dövlət telekanalının məlumatına görə, sabahdan cənub vilayətlərində bütün yollar bağlanacaq. Qadağan saatı Bağdad və zorakılıqların daha çox qeydə alındığı Diyala vilayətində tətbiq olunacaq. Bu vilayətdə bu gün səhər intiharçı qadının hücumu nəticəsində 8 nəfər həlak olub. Partlayış bazarda baş verib. Diyalanın paytaxtı Baquba yaxınlığında əsasən şiələrin yaşadığı Xan Bani Saad şəhərində həyata keçirilən hücum zamanı bir neçə adam yaralanıb.
XS
SM
MD
LG