Accessibility links

Con Neqroponte Çini  İrana qarşı yeni sanksiyalara dəstək verməyə çağırıb


ABŞ dövlət katibinin müavini Con Neqroponte Çini İrana qarşı yeni sanksiyalara dəstək verməyə çağırıb. Bu arada İranın nüvə müzakirəçisi bu addıma qarşı lobbiçilik məqsədi ilə Pekinə səfər edib. Səid Cəlilinin Çinin rəsmi nümayəndələri ilə görüşləri gözlənilir. Çinin xarici işlər nazirliyi görüşlər zamanı İranın nüvə məsələsinin müzakirə ediləcəyini bəyan etmiş, lakin Vaşinqtonun cağırışlarına münasibət bildirməmişdir.

Pekində müxbirlərlə söhbət edən cənab Neqroponte bildirib ki, Çinin xarici işlər nazirinin müavini ilə gələn iki gün ərzində İrana qarşı sanksiyalar məsələsini müzakirə edəcək. Neqroponte deyib ki, ABŞ-ın son kəşfiyyat hesabatında İranın nüvə silahlarına dair proqramını dayandırdığı deyilsə də, İran hələ də raketləri inkişaf etdirməklə yanaşı, uran zənginləşdirilməsini davam etdirir. BŞ dövlət katibinin müavini Con Neqroponte bu kimi əməllərin BMT-nin Təhlükəsizlik Şurasının qərnamələrinə zidd olduğunu deyib.

XS
SM
MD
LG