Accessibility links

Bağdadda şiə məscidinin yaxınlığında intiharçı bomba hücumu baş verib


Bu gün Bağdadın şimalındakı Baquba şəhərinın şiə məscidinin yaxınlığında həyata keçirilən intiharçı hücumu azı 8 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olub. Polisin bildirdiyinə görə hücum Aşura günü münasibəti ilə şiələrin məsciddə toplaşdığı vaxt baş verib. Qeyd edək ki, 10 günlük dini mərasimdə iştirak etmək üşün dünyanın minlərlə müsəlman zəvvarı İraqın şiə şəhəri Kərbəlaya toplaşıb. Zəvvarların təhlükəsizliyi məqsədi ilə İraqın Bağdad, Diyala və digər 10 şəhərində qadağa saatı tətbiq edilir.

ABŞ-ın İraqdakı hərbi qüvvələri bildirirlər ki, koalisiya qüvvələri tərəfindən terrorizmdə şübhəli bilinən iki nəfər öldürürüb , 17 nəfər isə həbs edilib.

XS
SM
MD
LG