Accessibility links

Rusiya və Bolqarıstan arasında razılıq əldə edilib


Bu gün Rusiya və Bolqarıstan arasında qaz kəməri çəkilişi barədə razılıq əldə edilib. “Cənub axını” adlanan razılıq Rusiya prezidentinin Bolqarıstan səfərinin ikinci günü Vladimir Putin və onun bolqar həmkarı Georqi Parvanov tərəfindən paytaxt Sofiyada imzalanıb. 5 milyard dollarlıq bu layihə ildə 30 milyard kub metr qazın Bolqarıstan ərazisindən Avropa bazarlarına nəqlini nəzərdə tutur. Qeyd edək ki, Rusiya prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Moskva meri Yuri Lujkov və Qazprom şirkətinin rəhbəri, prezidentiliyə nominasiyası irəli sürülən Dmitri Medvedev daxildir. Putinin Bolqarıstan səfəri etiraz aksiyaları ilə müşayiət edilib.

XS
SM
MD
LG