Accessibility links

İsrail Qəzza Zolağı ilə sərhədlərini bağlayıb


İsrail Həmasın nəzarəti altında olan Qəzza Zolağı ilə sərhədlərini bağlayıb. Buna Fələstin yaraqlılarının İsraili raket atəşinə tutması səbəb olub. İsrailin Müdafiə Nazirliyinin sözçüsü humanitar məqsədlərdən başqa sərhədlərin bütün nəqliyyat üçün bağlı olacağını bidlirib.

İsrail rəsmiləri bu gün yaraqlılar tərəfindən İsrail ərazisinə bir neçə raket atıldığını, onlardan birinin Şredot şəhərindəki uşaq bağçası yaxınlığına düşdüyünü deyirlər. Son üç gün ərizndə fələstinli yaralılar tərəfindən İsrail ərazisinə 100-dən artıq raket atıldığı bildirilir.

XS
SM
MD
LG