Accessibility links

Qeyri-hökumət qrupu Əfqanıstanda vəziyyətə dair hesabatını açıqlayıb


Əfqanıstanda təhlükəsizliyiə dair qeyri-hökumət təşkilatının açıqladığı hesabatda deyilir ki, Əfqanıstanda müharibə hələ indi başlayır. ANSO adlanan Əfqanıstanda qeyri-hökumət təhlükəsizlik ofisinin açıqladığı sənəddə göstərilir ki, 2007-ci il taliban yaraqlılarının ciddi olaraq döyüşlərə başladığı il kimi qeyd olunub. Taliban hökuməti 2001-ci ildə ABŞ tərəfindən hakimiyyətdən salınmışdı. Lakin qeyri-hökumət təşkilatının hesabatında əsasən, bu, tamamilə aydındır ki, talibanın asanlıqla hakimyyətdən çəkilməsi hərbi məğlubiyyət deyil, daha çox strateji addım idi. Taliban Əfqanıstanda keçən ilə zorakılıqlara başlayıb və qrupun bildirdiyinə görə, 2008-ci ildə də ən yaxşı halda, vəziyyət eyni qalacaq.
XS
SM
MD
LG