Accessibility links

Mixail Saakaşvili ikinci dönəm prezidentliyə başladı


Gürgüstan prezidenti Mixail Saakaşvili and içərək ikinci dönəm prezidentliyə başlayıb. İnaqurasiya mərasimində çıxış edən cənab Saakaşvili NATO-ya və Avropa Birliyinə üzv olmaq istəyi ilə yanaşı Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu deyib.

ABŞ dövlət katibinin yardımçısı Matyu Brayza inaqurasiyadan bir gün əvvəl hökumət rəsmiləri və müxalifət üzvləri ilə görüşüb. O, ABŞ-ın strateji partnyor kimi Gürcüstana dəstəyini artıracağını deyib və bu ilin sonunda nəzərdə tutulan parlament seçkilərinin azad və ədalətli keçirilməsinə çağırıb.

Prezident seçkilərinin əleyhinə olan minlərlə müxalifət tərəfdarı bu gün yürüş təşkil edib.

XS
SM
MD
LG