Accessibility links

Con Makkeyn Cənubi Karolinada qələbə əldə edib


Arizona senatoru Con Makkeyn respublikaçıların Cənubi Karolinadakı ilkin prezident seçkilərində qələbə əldə edib. Makkeyn 3 faiz artıq səs toplamaqla sabiq Arkanzaz qubernatoru Mayk Hakabini arxada qoyub. Bu arada demokrat senator Hillari Klinton Nevadada demokratların yarışlarında 51 faiz səs əldə edib. İllinois senatoru Barak Obama 45 faiz səs toplayaraq ikinci yerdə gedir. Nevadada bundan əvvəl respublikaçıların yarışlarında Massaçussets ştatının keçmiş qubernatoru Mit Romni qələbə qazanmışdı.
XS
SM
MD
LG