Accessibility links

İran Rusiyadan 4-cü dəfə nüvə yanacağı alır


İran İslam respublikasının rəsmi xəbər agentliyi İranın Rusiyadan 4-cü dəfə nüvə yanacağı aldığını elan edib. Məlumatda bildirilir ki, 11 ton uran yanacağı ölkəyə bu gün gətirilib. Rusiya İranı Buşehr atom elektrik stansiyası üçün yanacaqla dekabr ayından təmin etməyə başlayıb. Stansiyanın cari ilin ortalarından fəaliyyətə başlayacağı gözlənilir. Gələn həftə isə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İrana qarşı əlavə sanksiyalar məsələsinin müzakirəsi məqsədi ilə Berlində görüş keçirməlidir.

XS
SM
MD
LG