Accessibility links

Pakistan prezidenti Avropa səfərinə başlayıb


Pakistan prezidenti Pərviz Müşərrəf ölkəsində gələn ay keçiriləcək seçkilərin azad və ədalətli olacağı vədləri ilə 4 günlük Avropa səfərinə başlayıb. Bu gün Brüsseldə NATO və Avropa rəsmiləri ilə görüşdən əvvəl müxbirlərlə danışan prezident Müşərrəf deyib ki, Pakistandakı son böhrana baxmayaraq, ölkə hələ də demokratiya istiqamətində irəliləyir. Pakistan lideri Avropa səfərinin məqsədlərindən biri kimi Pakistanın imicinin yaxşılaşdırlması, habelə onun elan etdiyi müvəqqəti fövqəladə vəziyyətin yaratdığı anlaşılamzlıqların aradan qaldırılması olduğunu deyib. Bu gün Pərviz Müşərrəf Belçikanın baş naziri Gay Verhofstand, Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Haviyer Solana və NATO-nun baş katibi Yap De Hup Şxefferlə görüşür.

XS
SM
MD
LG