Accessibility links

Dmitri Medvedevin namizədliyi rəsmən qeydiyyata alındı


Rusiyanın Mərkəzi Seçki Komissiyası prezident Vladimir Putin tərəfindən namizədliyi irəli sürülən Dmitri Medvedevi rəsmən qeydiyyata alıb. Prezident Putin Medvedevin mart ayının 2-də keçiriləcək seçkilərdə qələbə əldə edəcəyində əmin olduğunu deyib.

Qərb jurnalistləri və təhlilçiləri də Medvedevin qələbəsinin şübhə doğurmadığını deyirlər. Rusiyanın dövlət monopoliyası Gazpromun rəhbəri Medvedev prezident Putinin Bahid Rusiya Partiyası tərəfindən dekabr ayında prezidentliyə nominasiya edilmişdi.

Prezident seçkilərində Komminist partiyasının lideri Gennadi Zyuqanov, qatı millətçi, Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski iştirak edəcək.

XS
SM
MD
LG