Accessibility links

Rusiyada prezidentliyə müxalif namizədə saxta imza toplamaq ittihamı


Rusiya Prokurorluğu prezidentliyə müxalif namizəd Mixail Kasyanovun kampaniyasına qarşı araşdırma qaldırıb. Baş prokurorun idarəsinin mətbuat katibi Tatyana Çernişovanın dediyinə görə, sabiq baş nazirin lehinə toplanmış 12 min imzada şübhələr var. Namizədlik üçün 2 milyon imza toplamaq lazımdır. Xanım Çernişova bu gün televiziya vasitəsilə bildirib ki, saxta imzalar ən azı 2 regionda aşkar edilib. Mərkəzi Seçki Komissiyası cənab Kasyanovla bağlı qərarını şənbə gününə kimi verəcək. Əgər toplanan səslərin 5 faizindən çoxu yanlış olsa, o qeydiyyata alınmayacaq. Vladimir Putinin birinci dönəm prezidentliyində baş nazir olan Kasyanov, vəzifəsindən çıxarıldıqdan bir müddət sonra Kreml tənqidçilərindən biri olmuşdu.
XS
SM
MD
LG