Accessibility links

ABŞ dövlət katibi Kondaliza Rays Berlindədir


ABŞ Dövlət Katibi Kondaliza Raysın sözlərinə görə, dünya gücləri İrana qarşı yeni BMT sanksiyalarının tətbiq edilməsində tərəqqiyə doğru gedirlər. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya nümayəndələri ilə İranın nüvə proqramı barədə danışıqlar aparmaq üçün Rays bu gün Almaniya paytaxtı Berlinə gəlib. O, digər iştirakçılara hələ gediləsi yolun uzun olduğunu deyib. Baş katibin sözlərinə görə, əgər onlar yeni sanksiyalar qərarı ilə razılaşmasalar da, o istiqamətdə hərəkət etməlidirlər. Toplantı qabağı rəsmi Tehran yeni sanksiyaların İranın nüvə proqramını davam etdirməsini dayandırmayacağını açıqlamışdı.
XS
SM
MD
LG