Accessibility links

Minlərlə fələstinli Qəzzə və Misir arasında sərhəddi keçib


Minlərlə fələstinli bu gün Qəzzədən Misir sərhəddini keçib. Misrin Rafah şəhərinə fələstinlilərin axını bu gün gecə silahlı şəxslərin partlayıcı maddələri işə salaraq sərhəddəki metal məftili dağıtmasından sonra başlayıb. İsrailin Qəzzə zolaığını blokadaya ala biləcəyindən qorxan fələsinlilər Misrə ərzaq, yanacaq və digər təchizat almaq üçün üz tutublar. Misrin sərhəd mühafizəçiləri və Qəzzəyə nəzarət edən Həmasa məxsus polis heç bir addım atmayıb. Misir presidenti Hüsnü Mübarək deyib ki, o, fələstinlilərin sərhəddi keçib ərzaq alması və sonradan geri qayıtmasına icazə verib.
XS
SM
MD
LG