Accessibility links

Pakistan prezidenti Pərviz Müşərrəf İsveçrədə keçirilən forumda çıxış edib


Pakistan prezidenti Pərviz Müşərrəf bu gün İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı fevral ayında ölkəsində keçiriləcək seçkilərin azad, ədalətli və şəffaf olacağını bildirib. Cənab Müşərrəf fevral ayının 18-də keçiriləcək seçkilərə mane olunmasına imkan verməyəcəyini deyib. Pakistan lideri eləcə də regionda terrorizmə qarşı mübarizəni davam etdirəcəyinə söz verib. ABŞ dövlət katibi Kondoliza Rays da dünən cənab Müşərrəflə görüşü zamanı onu Pakistandakı seçkilərin azad və ədalətli keçirilməsinə çağırdı.

Qeyd edək ki, Davos cənab Müşərrəfin özünə dəstək məqsədi ilə Avropaya səfərinin son dayanacağı idi.

XS
SM
MD
LG