Accessibility links

Livanda Daxili Təhlükəsizlik Qüvvələrinin  kapitanı öldürülüb


Livan rəsmilərinin bildirdiyinə görə, paytaxt Beyrutun xritian məhəlləsində maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə 6 adam həlak olub. Onlar arasında Daxili Təhlükəsizlik Qüvvələrinin kapitanı Vissam Eyd də olub. Polis idarəsinin rəisi müxbirlərə bildirib ki, Eyd Livanda terror hücumları ilə bağlı bir neçə cinayət işinin araşdırılması ilə məşğul olurdu. O, bu günlər 2005-ci ildə sui-qəsd nəticəsində həlak olan sabiq baş nazir Rafiq Həririnin işi ilə bağlı BMT tribunalının kəşfiyyat nümayəndələri ilə görüşmüşdü. Hücum zamanı bir neçə adamın yaralandığı bildirilir. Livan televiziyası ilə nümayiş etdirilən kadrlar bir neçə maşının yandığını və qara tüstünün ucaldığını göstərib.

XS
SM
MD
LG