Accessibility links

Rusiya və Serbiya arasında çoxmilyardlı enerji müqaviləsi bağlanıb


Rusiya və Serbiya arasında çoxmilyardlı enerji müqaviləsi bağlanıb. Müqaviləyə əsasən cənubi Avropa ölkələrinə qaz nəql edən kəmər Serbiya ərazisindən keçə və Rusiyanın dövlət qaz inhisarı Serbiyanın dövlət neft şirkətinin nəzarətini ələ ala bilər. Serbiya prezidenti Boris Tadiçlə razılığın imzalanması mərasimdən dərhal sonra təşkil edilən mətbuat konfransında Vladimir Putin Kosovonun müstəqilliyinin əleyhinə olduğunu deyib. Cənab Tadiç Serbiyanın Kosovodakı maraqlarını müdafiə etdiyini və Rusiyanın Kosovo ilə bağlı mövqeyinə dərin ehtiram göstərildiyini bildirib.

XS
SM
MD
LG