Accessibility links

Dünya iqtisadiyyatı ABŞ-dakı razılığa müsbət reaksiya verir


Bir çox Asiya bazarları yüksək indekslə günü başa vurublar. Avropa bazarlarında da indeks artımı qeydə alınıb. Bu cərəyan Prezident Buşla Demokratların nəzarət etdiyi Konqres arasında ABŞ iqtisadiyyatına stimul paketi ilə bağlı razılıq əldə edildikdən sonra baş verib. Bir neçə günlük müzakirələrdən sonra razılıq dünən əldə olundu. İqtisadi stimul paketi 116 milyon aşağı və orta sinifli ailələrə 600 dollar, bəzi hallarda ondan çox pul verəcək. Pul gəlir vergilərinin qaytarılması formasında ödəniləcək. Yüksək gəlirli Amerikalılar pul almayacaqlar, lakin paket bizneslərə yeni investisiya qoymaq üçün müəyyən vergi güzəştləri edəcək. Paket müvəqqəti ölçüdür və dəyəri 150 milyard dollar olacaq.

XS
SM
MD
LG