Accessibility links

Livanda terror əməllərinə əl atanlara qarşı ciddi mübarizə aparılacaq


Livanın polis idarəsinin rəisi, briqada generalı Əşrəf Rifi terror əməllərinə əl atanlara qarşı ciddi mübarizə aparılacağına söz verib. Onun bu vədi paytaxt Beyrutun xritian məhəlləsində maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə 6 adamın həlak olmasından bir gün sonra verilir. Xatırladaq ki, öldürülənlər arasında Daxili Təhlükəsizlik Qüvvələrinin kapitanı Vissam Eyd də olub. Rəsmilər bildirir ki, Eyd Livanda terror hücumları ilə bağlı bir neçə cinayət işinin araşdırılması ilə məşğul olurdu. O, bu günlər 2005-ci ildə sui-qəsd nəticəsində həlak olan sabiq baş nazir Rafiq Həririnin işi ilə bağlı BMT tribunalının kəşfiyyat nümayəndələri ilə görüşmüşdü. Livan parlamentində əksəriyyət lideri Səad Əl-Həriri birbaşa olmasa da, hücuma görə Suriyanı günahlandırıb.

XS
SM
MD
LG