Accessibility links

Avstraliyanın xarici işlər naziri Vaşinqtondadır


Avstraliyanın xarici işlər naziri ölkəsinin İradakı hərbi qüvvələrini geri çəkməsinin Amerika ilə uzunmüddətli müttəfiqliyinə təsir etməyəcəyini bildirib. Steven Smit ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Kondoliza Raysla danışıqlar məqsədi ilə Vaşinqtondadır. Avstraliyanın yeni hökuməti bu ilin ortalarınadək İraqdakı 500 nəfərlik əsgəri qüvvənin geri çəkilməsi barədə qərar qəbul edib. Avstraliyanın xarici işlər naziri bu qərarın yenidən nəzərdən keçirilməyəcini bildirib. Avstraliyanın baş naziri Kevin Rad Əmək partiyasının noyabr seçkilərindəki qələbəsindən əvvəl qüvvələrin İraqdan çıxarılacağına vəd vermişdi.

XS
SM
MD
LG