Accessibility links

İndoneziyanın keçmiş prezidenti Suharto vəfat edib


İndoneziyanın keçmiş prezidenti Suharto 86 yaşında dünyasını dəyişib. Rəsmilər cənab Suhartonun komaya düşdükdən sonra bu gün vəfat etdiyini bildiriblər. Keçmiş prezident bir neçə orqanının sıradan çıxaması səbəbilə yanvar ayının 4-də xəstəxanaya aparılmışdı.

Xalqa radio müraciətində İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono vətəndaşları cənab Suharto üçü dua etməyə çağırıb. Hökumət keçmiş prezidentin vəfatı münasibətilə ölkədə yeddi gün matəm elan edib. Cənab Suharto bazar ertəsi günü dəfn ediləcək.

XS
SM
MD
LG