Accessibility links

ABŞ prezident seçkilərində namizədlər Super Çərşənbə axşamına hazırlaşır


ABŞ prezident seçkilərində Demokrat namizədlər fevral ayının 5-də “super çərşənbə axşamı” kimi tanınan 22 ştatda keçiriləcək ilkin seçkilərə hazırlıq olaraq kampaniyanı genişləndirirlər.

Senator Barak Obama Cənubi Karolina ştatında senator Hilari Klinton üzərində qələbə çaldıqdan sonra indi Corciya ştatında kampaniya aparır. Hİlari Klinton kampaniyasını Tennessi ştatında davam etdirir.

Respublikaçı namizədlər çərşənbə axşamı Floridada keçiriləcək ilkin seçkidən öncə burada sonuncu iki gün kampaniya aparırlar. Floridada səsvermə respublikaçılar üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, noyabr ayında prezident seçkilərində partiyadan vahid namizədin seçiləcəyi partiya konfransında buradan 57 nümayəndə iştirak edir.

XS
SM
MD
LG