Accessibility links

Miçiqan gözəli 2008-ci il Amerika gözəllik müsabiqəsinin qalibi olub


Birləşmiş Ştatlarda 75 ildən bəri Nyu Cersi ştatında keçirilən Amerika gözəli müsabiqəsinin bu ilki qalibi Miçiqan ştatının gözəli olub. 19 yaşlı Kirsten Haqlund Ohayo ştatındakı Sinsinnati universitetində musiqi fakültəsinin tələbəsidir. O, bir zaman Brodveydə çıxış edəcəyinə ümid bəsləyir. Amerika gözəli təhsilini davam etdirmək üçün 50 min dollar təqaüd alacaq və bir il ərzində Amerika Birləşmiş Ştatlarının müxtəlif yerlərinə səfərlər edəcək. Kirsten Haqland uşaq xəstəxanaları üçün maliyyə vəsaiti toplayan qurumu da təmsil edəcək. 2008-ci il Amerika gözəli müsabiqəsində ikinci yeri İndiana ştatının, üçüncü yeri isə Vaşinqton ştatının gözəli tutub.
XS
SM
MD
LG