Accessibility links

Şimali Vəziristan vilayətində girov götürülən şagirdlər azad edilib


Pakistan polisinin bildirdiyinə görə, ölkənin qəbilələr yaşayan şimal-qərbindəki Vəziristan vilayətində naməlum silahlı şəxslər tərəfindən girov götürülən məktəb şagirdləri azad edilib. Ölkənin daxili işlər naziri Həmid Navaz müxbirlərə İslamçı yaraqlılar tərəfindən 250-dən çox şagirdin girov götürüldüyünü demişdi.

Bu arada, Pakistan polisi ABŞ diplomatının İslamabaddakı evində cəsədinin aşkar edildiyini bildirib. ABŞ səfirliyi həmin şəxsin Daxili Təhlükəsizlik nazirliyinin attaşesi, 37 yaşlı Kiz Rayanın olduğunu deyib. Polis onun güllə atəşindən öldüyünü xəbər verir. ABŞ hadisə ilə əlaqədar təhqiqat aparılacağını bildirib.

XS
SM
MD
LG