Accessibility links

Hollandiya Serbiya ilə bağlı xəbərdarlıq edib


Hollandiya bildirib ki, Belqrad BMT-nin Müharibə Cinayətləri Tribunalı ilə tam əməkdaşlıq etməyənə qədər Avropa Birliyinin Serbiya ilə ticarət və yardıma dair razılığı dəstəkləməyəcək. Avropa Birliyinin xarici işlər nazirləri Serbiya ilə Sabitlik və İttifaqa dair razılığı müzakirə etmək üçün bu gün Brüsseldə görüş keçirirlər. Razılıq Avropa Birliyinə üzvlük istiqamətində əsas addım hesab edilir. Bu, Avropa Birliyinin 27 üzvünün atacağı addımdan asılı olacaq.

Avropa İttifaqının genişlənmə üzrə nümayəndəsi Olli Ren deyib ki, üzv ölkələr onun sözlərilə, Serbiyaya ölkənin Avropada gələcəyi ola biləcəyinə dair güclü mesaj göndərmək üçün razılığı tez bir zamanda imzalamalıdırlar. O əlavə edib ki, Serbiyanın Tribunalla əməkdaşlığı ratifikasiya üçün şərt olmalıdır.

XS
SM
MD
LG