Accessibility links

Rusiya Kosovo barədə Avropa Birliyinə xəbərdarlıq edib


Rusiya Avropa Birliyinə Kosovoda polis missiyası planının əleyhinə olduğu barədə xəbərdarlıq edib. Kreml bunun üçün əvvəlcə BMT-nin razılığının olmasını deyir. Rusiya xarici işlər nazirinin bəyanatında deyilir ki, vilayətə sülhməramlıların göndərilməsi barədə hər hansı birtərəfli addım beynəlxalq qanunların pozulması demək olacaq. Avropa Birliyi liderləri Alban liderlərin gözlənildiyi kimi qarşıdakı həftələrdə Serbiyadan müstəqiliklərini elan edən zaman Kosovoya polis və administrativ missiya göndərmə planını təsdiq edib. Birliyin başlıca üzvləri və ABŞ-ın Kosovonun müstəqilliyini dəstəkləməsinə baxmayaraq, Serbiya və əsas müttəfiqi olan Rusiya onun əleyhinədir.
XS
SM
MD
LG