Accessibility links

Con Edvards prezidentlik uğrunda mübarizəsini dayandırdı


Şimali Karolina ştatından keçmiş senator, demokrat Con Edvards prezidentlik uğrunda mübarizəsinə son qoyduğunu elan etdi. Con Edvards rəsmən qərarını prezidentlik kampaniyasını başladığı Yeni Orlean şəhərində elan etdi. Con Edvardsın bu qərarı ABŞ-ın dörd ştatında partiyadan nominasiya almaq üçün keçirilən seçkilərdə məğlub olmasından sonra verdiyi bildirilir. Hələlik Edvradsın Demokratlar partiyasından daha iki namizəd İllinoys ştatından senator Barak Obama, ya da Nyu York ştatından senator Hilari Klintona dəstək verib-verməyəcəyi məlum deyil.
Respublikaçılar partiyasında Nyu York ştatının keçmiş meri Rudi Cilianinin də prezidentlik yarışından çıxarcağını elan etməsi və dəstəyini Con Makkeynə verəcəyi gözlənilir.
XS
SM
MD
LG