Accessibility links

Gürcüstan parlamenti Lado Qurgenidzeninin yeni kabinetini təsdiq etdi


Gürcüstan parlamenti müxalifətçi millət vəkillərinin səsverməni boykot etdiyi bir zamanda baş nazir Lado Qurgenidzeninin yeni kabinetini yekdilliklə təsdiqləyib. 141-0 nisbətində olan nəticə müxalifətin prezident Mixail Saakaşvilinin ikinci dönəm hakimiyyətə seçilməsinə olan etiraz aksiyalarının ardınca gəlir. Baş nazir Qurgenidze yeni kabineti ötən həftə açıqlayıb. O, nazirlərin yarısından çoxunu işdən azad etmiş və ya başqa vəzifələrə keçirmişdir.

Prezidentin başlıca müttəfiqləri olan müdafiə naziri Davit Kezeraşvili, maliyyə naziri Nika Gilauri və daxili işlər naziri Vano Merabişvili öz vəzifələrini saxlayıblar. Cənab Saakaşvili ikinci seçkilərdən əvvəl hökumətdə iri dəyişiklikılər edəcəyinə söz vermişdi.

XS
SM
MD
LG