Accessibility links

Helmənd vilayətindəki məsciddə intiharçı hücumu həyata keçirilib


Əfqanıstandakı məscidin içərisində baş verən intiharçı hücumu nəticəsində Helmənd vilayətinin qubernator müavini və digər 5 nəfər həlak olub. Rəsmilərin bildirdiyinə görə, Helmənd vilayətinin paytaxtı Ləşkar Gahda həyata keçirilən partlayış zamanı 18 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Zamari Bəşəri bomba partlayan zaman qubernator müavini Pir Məhəmmədin və digər qurbanların məsciddə dua etdiyini deyib.

Bu gün Əfqanıstanın paytaxtı Kabildə bomba yerləşdirilmiş avtomobil ordu avtobusunu hədəf alıb. Nəticədə bir mülki vətəndaş həlak olub, 4 nəfər yaralanıb. Taliban yaraqlıları hücumun məsuliyyətini öz üzərinə götürüb.

XS
SM
MD
LG