Accessibility links

İstanbuldakı fabrikdə partlayış baş verib


Türkiyənin ən böyük şəhəri olan İstanbulun qubernatorunun bildirdiyinə görə, fabrikdə baş verən partlayış ən azı 20 nəfərin həyatına son qoyub. Qubernator Muəmmar Gülər bugünkü partlayış zamanı 70 nəfərin yaralandığını deyib. O, partlayışın təsadüf nəticəsində baş verdiyini bildirib.

Türkiyənin televiziya kanalı vasitəsi ilə ağır zədələrə məruz qalmış binanın şüşə qırıntıları və qalıqları nümayiş etdirilib. Xilasedici dəstələr və həkimlər dağıntılar altında qalmış insanları çıxarmağa çalışırlar.

XS
SM
MD
LG