Accessibility links

Əfqanıstanda qubernator müavini həlak olub


Əfqanıstanda məscidin içərisində baş verən intiharçı hücumu nəticəsində Helmənd vilayətinin qubernator müavini və digər 5 nəfər həlak olub. Rəsmilərin bildirdiyinə görə, Helmənd vilayətinin paytaxtı Ləşkar Gahda həyata keçirilən partlayış zamanı 18 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Zamari Bəşəri bomba partlayan zaman qubernator müavini Pir Məhəmməd və başqa qurbanların məsciddə dua etdiyi deyib. Bu gün Əfqanıstanın paytaxtı Kabulda başqa bir zorakılıq faktında bir bomba yüklü avtomobil ordu avtobusunu hədəfə alıb. Nəticədə 1 mülki vətəndaş həlak olub, 4 nəfərsə yaralanıb. Taliban hücumun məsuliyyətini öz üzərinə götürüb. Bununla yanaşı, Nuristan vilayətinin rəsmiləri bildirib ki, yaraqlılar bu gün 4 yol inşaatı işçisinin başını kəsib.
XS
SM
MD
LG