Accessibility links

Rusiyanın sabiq baş naziri Ali Məhkəməyə müraciət edib


Rusiyanın sabiq baş naziri Mixail Kasyanov qarşıdan gələn seçkilərdə namizədliyinin bərpa olunması tələbi ilə ölkə Ali Məhkəməsinə müraciət edib. Rusiya Mərkəzi Seçki Komissiyası onun nominasiyası üçün topladığı on minlərlə imzanın etibarsız olması iddiası ilə cənab Kasyanovu mart ayının 2-də keçiriləcək seçkilərdən kənarlaşdırmışdı. Ria Novosti xəbər agentliyinin bildirdiyinə görə, namizədliyinin ləğvindən sonra 10 gün ərzində müraciət etdiyinə görə, sabiq baş nazirin tələbi məhkəmə tərəfindən qəbul edilsə, onun adı bülletenlərə salına bilər. Bu arada Rusiya xarici işlər nazirliyinin rəsmiləri ATƏT-i martda keçiriləcək parlament seçkilərini sabotaj etməyə çalışmaqda ittiham edib. Bununla yanaşı, Rusiya məsələni müzakirə etmək üçün təşkilatın müşahidəçi qrupunun rəhbərini ölkəyə dəvət edib. ATƏT Rusiyanın seçki müşahidəçilərinə hədsiz dərəcədə məhdudiyyətlər qoyduğunu bildirir.
XS
SM
MD
LG