Accessibility links

Həmas lideri Misir rəsmiləri ilə görüşüb


Fələstinin militant qrupu Həmasın ali lideri Qəzza zolağı ilə Misir arasındakı sərhədin açılması üçün rəsmi Qahirə ilə danışıqlar apardığını bəyan edib. Mahmud Əl- Zahar Qahirədə Misir rəsmiləri ilə görüşlərdən sonra Qəzzaya qayıdan zaman planları açıqlayıb. Əl-Zaharın sözlərinə görə, proses tədricən aparılacaq. Yanvarın 23-də Həmas yaraqlıları Misirlə sərhədi dağıdandan sonra, 100 minlərlə fələstinli İsrailin blokadasından xilas olmaq üçün Rafah şəhərinə qaçmışdı. Misir qüvvələri isə Rafah şəhərinin sərhəd bölgələrinə metal baryerlər yerləşdiriblər. Ancaq yaraqlılar buldozetlərdən istifadə edərək baryerləri dağıdandan sonra, sərhəddin açılmasını tələb ediblər.
XS
SM
MD
LG