Accessibility links

Keniyada zorakılıqlar davam edir


" hspace=2 src="/azerbaijani/images/ap_kenya_violence_church_2fev08_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Hökumətlə aparıcı müxalifət arasında əldə olunmuş razılığa baxmayaraq, qərbi Keniyada zorakılıqlar davam edir. Polis deyir ki, ən azı 14 adam cümə günündən bəri Rift Vadisində həlak olub. Məlulatlara görə, bəzi adamlar qılınclar və zəhərlənmiş oxlar vasitəsilə qətlə yetirilib. Rəsmilər həmçinin bildirirlər ki, qərbi Eldoret qəsəbəsində kütlə bir kilsəni yandırıb. Həmin insidentdə xəsarət alan olmayıb. Qeyd edək ki, bu günlərdə BMT-nin sabiq baş katibi Kofi Annanın vasitəçiliyi ilə prezident Mvai Kibaki hökumətilə müxalifət arasında danışıqların çərçivəsi müəyyən edilib. Annan bildirib ki, tərəflər zorakılığı dayandırmaq, humanitar yardım göstərmək və siyasi dalandan çıxmaq yollarını müzakirə edəcəklər.
XS
SM
MD
LG