Accessibility links

Polis Pakistanda yaraqlıların sığındığı evə hücum edib


Pakistan rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-qərbində davam edən döyüşlər zamanı 2 polis işçisi və 3 yaraqlı öldürülüb. Toqquşma Peşəvər şəhərindən 40 kilometr aralıda Mardanda yaraqlıların gizləndiyi evə polis reyd keçirən zaman baş verib. Polisin bildirdiyinə görə, mühasirədə olan yaraqlılar təslim olmaqdan imtina edib. Onlar qumbara və raketlərdən istifadə edərək polislə mübarizə aparıb. 2 polis işçisi həlak olub, ən azı 1-i isə yaralanıb.
XS
SM
MD
LG