Accessibility links

Misir hərbi qüvvələrini Qəzza ilə sərhəddə yerləşdirdi


Həmas rəsmilərinin bildirdiyinə görə, Misirlə Qəzza Zolağı arasındakı sərhəd divarının uçurulmasından iki həftə sonra Misir özünün hərbi qüvvələrini həmin ərazilərdə yerləşdirib. Bu gün rəsmilər bildirmişlər ki, sərhəddə yerləşdirilmiş hərbiçilər qəzzalıların və misirlilərin öz evlərinə qayıtmalarına imkan yaradacaq, lakin sərhəddin bir daha pozulmasına icazə verməyəcəklər.

Həmas yaraqlıları Misirlə sərhəddəki divarı uçurduqdan sonra yüz minlərlə fələstinli sərhəddi keçmişdi. Cümə günündən bəri Misir hərbçiləri Rafah sərhəddini metal bəndlərlə bağlamış, lakin yaraqlılar buldozerlərdən istifadə edərək bəndi dağıtmağa çalışmışlar. Yüzlərlə insansa sərhəddin açıq qalması tələbi ilə etiraz aksiyası keçirmişdir.

XS
SM
MD
LG