Accessibility links

Prezidentliyə namizədlər Super Çərşənbə axşamına hazırlaşır


Birləşmiş Ştatlar prezident seçkilərində dörd əsas namizəd super çərşənbə axşamı günündən öncə ölkənin hər yerində kampaniyalarını davam etdirirlər. Vaşinqton Post və ABC nyusun keçirdiyi yeni rəy sorğularına əsasən, Nyu York ştatından senator Hilari Klinton və İllinoys ştatından senator Barak Obama arasında böyük seçki gününə iki gün qalmış demokrat seciçilərin səslərini almaq üçün az fərq var.

Rəy sorğuları Respublikaçılar parityasından Con Makkeynin irəlidə olduğunu göstərir. Arizona ştatından senatorun öz partiyasından nominasiya almaq üçün əsas rəqibi Massaçusets ştatının keçmiş qubernatoru Mit Romnidir. Mit Romni şənbə günü Meyn ştatında partiya kokusunda simvolik qələbə əldə edib. Romni cənab Makkeynin siyasətini mötədil hesab edən mühafizəkar seçicilərdən dəstək alacağına ümid bəsləyir.

XS
SM
MD
LG