Accessibility links

Serbiyada qərbyönümlü namizəd prezident oldu


Avropa Birliyi Qərb təmayüllü Serbiya Prezidenti Boris Tadiçin yenidən seçilməsini alqışlamış və bunu Serbiyanın Avropaya inteqrasiyasının göstəricisi kimi qiymətləndirib. Təbrik məktubunda Avropa Komissiyasının Prezidenti Hoze Manuel Barroso cənab Tadiçin dünənki qələbəsini demokratiya və Avropa dəyərlərinin qələbəsi adlandırıb. Həm Almaniya, həm də Avstriya Serbiyanın Avropa Birliyinə üzvlüyünə dəstək verəcəklərini bəyan edib. Bu gün ABŞ Dövlət Departamenti də Avropalı rəsmilərə qoşularaq Boris Tadiçi təbrik etmiş və iki ölkə arasındakı münasibətlərin inkişaf edəcəyinə ümidini izhar etmişdir. Cənab Tadic dünən seçkilərdə 51- 48 faiz nisbətində ultra-millətçi Tomislav Nikoliçi məğlub edib. Hər iki namizəd Serbiyanın separatçı Kosovo bölgəsinin öz müstəqilliyini elan etməsinə qarşı çıxırlar. Ötən həftə Avropa dövlətləri Kosovonun bu yaxınlarda müstəqillik elan etməsindən sonra Serbiyada baş qaldıra biləcək anti-Qərb sentimentlərini yüngülləşdirmək üçün həmin ölkə ilə sıx münasibətlər qurulmasına razılıq veriblər.
XS
SM
MD
LG